London məhkəməsi Mübariz Mənsimovun bütün əmlakını dondurdu
Türkiyədə həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun 20 il ərzində Maltada qorunan aktivləri London Məhkəməsinin qərarı ilə dondurulur.
“Report”un Malta Today-ə istinadən verdiyi xəbərə görə, söhbət onlarla şirkət və gəmidən gedir.
Həmin şirkətlərdən bəzilərinin adları da məlum olub. Bunlar: Palmali İnternational Holding Company, Palmali İnternational Holding Two, Palmali Logistics, Palocean Shipping, Paloffshore Oil Services, Palriver Shipping, Palsea Shipping, Tampal Trade, Pal Food, Palchem Holding, Palmali Dry Cargo, Palmali Voyager, Caspian Holding, Pal Air, Pal Gas Holdling, Barge Oil Services, GMM Shipping & Trading və GMM Holding şirkətləridir.
Ümumilikdə isə London Məhkkəməsi may ayında M. Mənsimovun dünyadakı aktivlərini dondurub. Mübariz Mənsimovun onları satmaq istəməsi məhkəməyə hörmətsizlik kimi qəbul olunacaq.
Qeyd edək ki, məhkəmə bu qərarı Rusiyanın “Sberbank” bankının iddiası əsasında verib. Həmin qərarla həmçinin M. Mənsimovun 261 milyon dollarlıq aktivləri dondurulub.