Oğlumun paylaşımı mənim üçün gözlənilməz oldu – İsa Qəmbər
Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər Kanadada yaşayan oğlu İlkin Qəmbərin etiraza səbəb olan paylaşımına münasibət bildirib.
Modern.az xəbər verir ki, o, “Laf TV”-yə müsahibəsində oğlunun fikirləri ilə müəyyən məqamlarda razı olmadığını deyib.
“Biz son illər, təxminən 7-8 ildir ki, görüşmürük. Bu məsələləri üz-üzə oturub müzakirə etmək imkanımız olmayıb”, – deyə İsa Qəmbər bildirib.
O, İlkin Qəmbərin qondarma “erməni soqırımı” ilə bağlı səhv mövqedə olduğunu və oğlunun paylaşımının özü üçün gözlənilməz olduğunu vurğulayıb.
Qeyd edək ki, İlkin Qəmbər qondarma “erməni soyqırımı”nın “ildönümü” ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Bu gün erməni soyqırımının anım günüdür. Bir də heç vaxt”.