Ərdoğanın infarkt keçirdiyi iddiaları ilə bağlı rəsmi açıqlama

Türkiyə hökuməti prezident Rəcəb Tayib Ərdoğanın infarkt keçirərək xəstəxanaya yerləşdirildiyi  iddiaları ilə bağlı açıqlama yayıb.

 

“Prezident Ərdoğan infarkt keçirdi və xəstəxanaya yerləşdirildi” iddiaları həqiqətə uyğun deyil” – deyə, məlumatda bildirilir.

Xatırladaq ki, ötən gün Ərdoğan yerli televiziyalara müsahibə verərkən halı pisləşib. Prezidentin yaxın iki günə təyin etdiyi tədbirlər təxirə salınıb.