Zamin Salayev “sistemdən” imtina etdi

“Zamin Salayev yarımkoma vəziyyətinə düşdüyü üçün bir neçə gün idi ki, sistem köçürməyə icazə vermişdi (venadaxili maye infuziyaları – red.). Bu gündən ondan da imtina edib”.

Bunu vəkil Nemə Kərimli, özünün feysbuk səhifəsində yazıb.

“İnsan ölümlə azadlıq, qanunla qanunsuzluq arasında əlləşir. Bilirsiz ki, belə hadisə baş verməyib, azad edin, onsuz da həyatı boyu bu aclığın fəsadlarından əziyyət çəkəcək. Yarıcan etdiniz, qanuna hörmət edin” – deyə, vəkil çağırış edib.

Bu il fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi AXCP Salyan rayon şöbəsinin sədri  Zamin Salayev barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) maddəsi ilə cinayət işi açılıb.

Bu ittihamla ona 5 ilədək həbs cəzası verilə bilər.

Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir. O, ittihamı qəbul etməyərək şərləndiyini açıqlayıb və həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını bəyan edib.

Basta