Sarkoziyə qarşı ittihamlar sübuta yetdi, 3 il həbsə məhkum edildi

Fransa KİV-i xəbər verir ki, Fransanın keçmiş prezidenti Nikola Sarkozi üç il müddətinə həbs cəzasına məhkum edilib. Parisin Apellyasiya Məhkəməsi sabiq prezidentə qarşı korrupsiya və vəzifədən sui istifadə ittihamları bağlı hökmünü qüvvədə saxlayıb.

Məhkəmə sədri izah edib ki, ümumi həbs müddətinin bir ili təxirə salınacaq ki, bu da Sarkoziyə faktiki cəzanı evdə çəkməyə imkan verəcək. Bununla belə, o, yerini izləmək üçün elektron qolbağı taxacaq.

Məhkəmənin qərarı cəmiyyətdə fərqli reaksiyaya səbəb olub, bəziləri onun cəzasını ədalətli, bəziləri isə həddindən artıq ağır hesab edir.

Xatırladaq ki, iki il əvvəl Paris İslah Məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozini 2012-ci il seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə təqsirli bilib. O, 1 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə Sarkozi cəzasını ev dustaqlığında çəkirdi.

Basta