ABŞ-da Əhməd Obalıya və oğluna hücum edənlər həbs olundu

Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı və oğlu Dəniz ABŞ-da vəhşicəsinə döyülüb.  Hadisə Əhməd Obalının Azərbaycandan dönüşündən 1 gün sonra baş verib.

Günaz.TV-nin Bakı ofsinin rəhbəri Araz Obalı faktı təsdiq edib.

“Əhməd bəy Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalıb.

Hal-hazırda durumu orta ağırdır.

Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, özəlliklə boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb.

Qollarını və ayaqlarını hiss etmir. İnşallah, ayağa qalxandan sonra hadisə ilə bağlı detallı bilgiləri özündən eşidəcəyik.

Araz Obalı bildirib ki, hadisə ilə bağlı araşdırma davam edir.

“Polis hücumu həyata keçirənlərin həbs olunduğunu bildirib. Ancaq onların sayı məlum deyil”-deyə, Araz Obalı bildirib.

Günaz.TV