Müsavat fəalı Əlikram Xurşidova 10 sutka həbs cəzası verildi – Yenilənib

Anasının verdiyi məlumata görə, körpə uşaqlarının da olduğu evə 15-20 nəfər maskalı şəxs tərəfindən basqın edilib. Gecə saat 3 radələrində olan basqından əvvəl onların yaşasığı ərazidə işıqlar söndürülüb. Polislər darvazanı aşaraq həyətə, oradan evə daxil olublar. Saxlanılan zaman ona dəyənəklə zərbələr endirildiyi bildirilir.

Əlikram Xurşidovun saxlanılması, onun sosial şəbəkələrdəkı Şirvan şəhər polis şöbəsinə aparıldığı və orada işgəncəyə məruz qaldlğı barədə məlumatlar yayılıb”, Arif Hacılı qeyd edib.

Hacılı bildirib ki, əvvəllər də “şərlənərək həbs edilən” Əlikram Xurşidov sosial mediada tənqidi yazıları ilə tanınan Müsavat fəalıdır.

“Onun, məhz bu səbəbdən həbs olunması şübhəsizdir. Əlikram Xurşıdovun həbsi ölkədə davam edən repressiya siyasətinin davamıdır. Əlikram Xurşidova və bütün siyasi məhbuslara azadlıq!” Müsavat Partiyasının Məclis sədri qeyd edib.

Əlikram Xurşidovun anası Əntiqə Xurşidova Amerikanın Səsinə deyib ki, maskalı polis əməkdaşları onların evinə basqın edib.

“Axşamdan həyətimizin bayır darvazasının və evimizin qapılarını bağlamışdım. Gecənin qaranlığında çoxsaylı maskalı polislıər evimizə basqın etdi. Nəvələrim qorxudan hələ də həyəcan keçirir. Maskalılar həyətin divarını aşaraq  evimizin qapısını döydü. Qapını açan kimi Əlikramı dubinka ilə döyərək sürüdülər. Onun paltarlarını güc-bəla ilə verdim. Adamı polisə çağırırsınız zəng edin, çağırış göndərin. Yoxsa gecə yataqda olduğu zaman azyaşlı uşaqlarının gözü qarşısında dubinka ilə döyə-döyə zorla aparmaq hansı qanunda yazılıb”, fəalın anası Turana deyib.

Anası Əlikram Xurşidovun dünən İmişlidə uşaqların ölümü ilə nəticələnən qəza barədə sosial şəbəkələrdə sərt tənqidi yazıları ilə bağlı saxlanıldığını güman edir.

“Çünki oğlumu saxlayan maskalılar onun bu yazısından danışırdılar”, o qeyd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Əlikram Xurşidovun saxlanılması ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Əlikram Xurşidov bundan öncə 2022-ci ildə iyulun 26-da etiraz aksiyasında iştirak zamanı “polisə tabe olmamaq” ittihanı ilə 30 sutka inzibati həbs edilib.

Daha əvvəl 2017-ci il noyabrın 22-də həbs edilib. O Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 (xuliqanlıq) və 315.2 (Hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham edilərək 5 il həbsə məhkum edilib.

Əlikram Xirşidov hər iki ittihamı qəbul etməyib, siyasi sifariş kimi qiymətləndirib. Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

Xurşidov 2019-cu il martın 16-da İlham Əliyevin sərəncamı ilə əfv olunub.