Müsavat Divanının növbəti iclası keçirilib

Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı həftə ərzində görülən işlər barədə məlumat verib. Divan üzvü Razim Əmiraslanlı keçən həftə partiya başqanının iştirak etdiyi, bəzi rayon təşkilatları sədrləri ilə video-konfras rejimində keçirilən müşavirə barədə məlumat verib. Müşavirədə həmin rayonlarda sosial-iqtisadi və siyasi vəziyyət müzakirə olunub. Rayon təşkilatı rəhbərlərinə görüləcək işlər barədə tapşırıqlar verilib.

Divanda Azərbaycan Xalq Hərakatının fəallarından olan, Yaşar Türkazərin vəfatının 40-cı günündə məzarının ziyarət edilməsi haqqında məlumat dinlənilib. Tofiq Yaqublunun məhkəmə prosesi haqqında məlumat verilib, məhkəmənin uydurma ittihamlar əsasında qurulduğu, hüquqa zidd olaraq davam etməsi xüsusi qeyd olunub.

Belarusda seçki saxtakarlığına qarşı etiraz aksiyalarının regionda demokratikləşməyə mümkün təsirləri mövzusu ətraflı müzakirə edilib.

Divan “Basta” saytının 5 yaşının tamam olması münasibətilə saytın kollektivini təbrik etdi və uğurlar arzuladı.

15 sentyabrda Qafqaz-İslam Ordusu tərəfindən Bakının bolşevik hərbi birləşmələri və daşnak quldurlarından azad olunmasının idönümü ilə bağlı Şəhidlər xiyabanında Türk əsgərlərinin şərəfinə ucaldılmış abidənin ziyarət edilməsi ilə bağlı qərar qəbul edib.

Divanda son günlər ölkədə, regionda və dünyada baş verən hadisələr geniş müzakirə olunub. Sonda cari məsələlər müzakirə edilib.

Basta