Avropaya 80 kilo heroin aparan İran vətəndaşı Ermənistandan keçdi, Gürcüstanda tutuldu

Gürcüstan Daxili İşlər Nazirliyi ölkəyə külli miqdarda narkotik vasitə gətirmiş iran vətəndaşının saxlanması haqqında açıqlama yayıb.

Hüquq-mühafizə orqanları Poti limanında 80 kq-a qədər heroin müsadirə ediblər. Narkotiklər yük maşınında gizlədilib.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olmaqla, Ermənistan və Gürcüstan vasitəsilə İrandan Avropaya külli miqdarda narkotik vasitə keçirmək niyyətində olub. O, bunu Gürcüstanın dəniz limanlarından biri vasitəsilə həyata keçirməyə cəhd edib, həmin vaxt saxlanılıb”, – Daxili İşlər Nazirliyindən bildiriblər.

Saxlanılan şəxsi 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

Basta