Zəngilanda iki erməni hərbçisi saxlanıldı

Mayın 26-da Azərbaycan sərhədçiləri dövlət sərhədinin Zəngilan hissəsinə Ermənistan Silahlı Qüvvələrinin təxribat qrupunun sərhəddin pozulmasının qarşısını alıblar.

“Görülmüş tədbirlər nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdır”, – Bu barədə cümə günü axşam Azərbaycan sərhəd xidməti məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyi mayın 26-da saat 19:00-da sərhəd zonasında özünün iki hərbçisinin itdiyini təsdiqləyib.

Erməni tərəfi onların Azərbaycanın Zəngilan rayonuna daxil olmaq istərkən əsir düşmüş təxribatçı olduqları barədə Azərbaycan Müdafiə Nazirliyinin iddialarını rədd edir.

Yerevanın versiyasına görə, həmin hərbçilər döyüş mövqelərindən birinə KAMAZ yük maşınında ərzaq aparırmışlar.

Erməni tərəfinin yaydığı fotoya görə, yük maşını leysanla yuyulmuş dağ yolunda qəzaya düşüb. Hərbçilər maşından çıxa bilib və istiqaməti itirərək təsadüfən Azərbaycan tərəfinə keçmiş ola bilər, Ermənistan Müdafiə Nazirliyi bildirir.

Basta