AXCP fəalı 30 sutka həbs edilib
Azərbaycan Xalq Cəbhəsi Partiyası Salyan rayon təşkilatının fəalı Zaur Əhmədov inzibati qaydada 30 sutka həbs edilib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətindən bildiriblər ki, Əhmədov mayın 26-da səhər saxlanılıb. Sonradan bəlli olub ki, o, naməlum və açıq-aşkar uydurma ittihamla 30 sutka həbs edilib. Ona görüş, telefon danışıqları, yemək alması üçün imkan yaradılmır, partiyadan deyiblər.
Partiyada hesab edirlər ki, Əhmədovun həbsi onun siyasi fəaliyyətilə bağlıdır.
Daxili İşlər Nazirliyi Şirvan regional qrupundan Turan-ın müxbirinə bildiriblər ki, Zaur Əhmədov mayın 26-da “ictimai asayişi pozduğuna və polisə tabe olmadığına görə” saxlanılıb. O, məhkəmənin qərarı ilə 30 sutka həbs edilib.