Ordumuzun Ağdamdakı mövqeləri atəşə tutuldu
Ermənilər yenə də atəşkəsi pozub. Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.