Müsavat Divanının gündəliyi

İyunun 5-də Müsavat Partiyası Divanının iclası keçirilib.

Məclisin sədri Nüşabə Sadıxlının sədrliyi ilə keçirilən iclasda partiya başqanı Arif Hacılının ürəyində aparılan cərrahiyyə əməliyyatından sonra səhhətinin normal olduğu bildirilib.

Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər barədə məlumat verib. Təşkilati məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

Türkiyədə keçirilən prezident və parlament seçkilərinin yekunları barədə fikir mübadiləsi aparılıb, xalqın iradəsinin hər şeydən üstün olduğu vurğulanıb.

Ukrayna cəbhəsində Rusiya işğalına qarşı mübarizə və son günlər ərzində baş verən hərbi əməliyyatlar haqda məlumat dinlənilib.

Sanda cari məsələlər müzakirə olunub.