Paşinyanın nə qədər pulu var? Gəlirlərini açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan Korrupsiyanın Qarşısının Alınması Komissiyasına 2022-ci il üçün əmlak və gəlirlər haqqında illik bəyannamə təqdim edib.

“Haykakan jamanax” qəzetinin məlumatına görə, o, bəyannaməyə hər hansı bir daşınar və daşınmaz əmlak təqdim etməyib, heç bir qiymətli əşyası yoxdur.

Baş nazir onun bank hesabında 3 015 000 dram (7760 dollar) vəsaitin olduğunu açıqlayıb.

Nəğd pula gəlincə, Paşinyan ilin sonunda onda 800 dollar olduğunu göstərib – ilin əvvəlində bu rəqəm 1800 dollar olub.

Bəyannamədə göstərildiyinə görə, Paşinyanın illik maaşı 12 milyon 837 min 503 dram (33 630 dollar) təşkil edib.

Basta