Vəkillər Kollegiyası Nemət Kərimliyə qarşı şikayətə baxacaq
Bazar ertəsi, iyulun 13-də Vakillər Kollegiyası vəkil Nemət Kərimliyə qarşı şikayətə baxacaq. Qurumun Rəyasət Heyətinin saat 11:30-a təyin olunan onlayn iclasına vəkilin özü də dəvət olunub.
.
Qeyd edək ki, ötən ilin noyabr ayında Bakı şəhər prokuroru İlqar Abbasov Nemət Kərimlinin barəsində inzibati tədbir görülməsi üçün Vəkillər Kollegiyasına müraciət edib.
Nemət Kərimli “prokurorluqda gedən müvafiq araşdırmanın nəticəsini gözləmədən” Müsavat Partiyaının və Milli Şuranın üzvü Tofiq Yaqubluya işgəncə verilməsi haqda xəbər yaydığına görə qanunu pozmaqda ittiham olunur.
2019-cu il oktyabrın 21-də inzibati həbsdə olan Tofiq Yaqublu, ona işgəncə verilməsi haqda məlumat verərək, bunu ictimailəşməsini istəyib. Bu ərəfədə Tofiq Yaqublunun qızı Nigar Həzi də atasına işgəncə verildiyi haqda məlumat yayıb. Nemət Kərimli bu məlumatı açıqlayarkən, prokurorluğa məsələ ilə bağlı hər hansı bir şikayət verilməmişdi (oktyabrın 22-də verilib) və hər hansı bir araşdırılma aparılmırdı.
İkincisi, qanunvericilikdə vəkilin hansısa mərhələdə informasiya verə bilib-bilmədiyi haqda qadağa nəzərdə tutulmayıb. Öz müvəkkilin hüquqlarını qorumaq üçün zəruri bildiyi məlumatları yaymaq vəkilin hüququdur.
Digər tərəfdən, qanunvericiliyə görə, vəkilin fəaliyyətində hər hansı bir pozuntu aşkar edildikdə, onun barəsində 6 ay müddətində bu və ya digər inzibati cəza tətbiq edilə bilər. Nemət Kərimliyə qarşı şikayət ötən ilin noyabr ayında verilib. Əgər Nemət Kərimlinin barəsində hansısa inzibati tənbeh qərarı çıxarılacaqsa, həmin qərar müdətin ötürülməsi baxımından da qanunsuz olacaq.
Qeyd edək, Nemət Kərimli bir sıra tanınmış siyasi məhbusların vəkili olub. Vəkillər Kollegiyasının Rəyasət Heyəti 2018-ci ilin aprelində Nemət Kərimlinin vəkillik fəaliyyətinin bir illik dayandırılması barədə qərar qəbul etmişdi.
.
Basta