Arif Hacılı: “İlham Əliyev nəyi gözləyir?”
“Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə deyib ki, İlham Əliyevin Qarabağ probleminin nizamlanmasına dair dediklərində ciddi ziddiyyətlər var.
Təəssüf ki, gerçək vəziyyət İlham Əliyevin təqdim etdiyi kimi deyil. Bacarıqsız idarəçilik, Azərbaycanın bütün dünyada korrupsiyanın əsas məskəni, insan hüquqlarının pozulduğu, siyasi məhbusların olduğu, opponentlərin təqib edildiyi, azad seçkilərinin keçirilmədiyi bir ölkə kimi tanınması, eyni zamanda aparılan yarıtmaz diplomatik siyasət və lobbiçilik fəaliyyəti nəticəsində təşəbbüs tamamilə itirilib.
“O bir tərəfdən bəyan edir ki, “Azərbaycan müstəqil siyasət aparır və bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz.” Eyni zamanda, BMT-nin və büyövlükdə dünya birliyinin hakimiyyətin apardığı siyasət nəticəsində Azərbaycanın tərəfində olduğunu təsdiq etmək üçün çoxlu faktlar sadalayır.
İlham Əliyevin sözlərindən belə çıxır ki, ərazilərimizin işğaldan azad edilməsi üçün zəruri şərtlərin dairəsi qapanıb.
Yəni:
– tarixi həqiqət və beynəlxalq hüquq normaları əsasında,
– güclü ordumuz vasitəsi ilə,
-hərtərəfli beynəlxalq dəstək almaqla,
– müstəqil siyasət yeritmək imkanlarımızdan yararlanaraq, Qarabağ problemini qısa müddətdə həll edə bilərik.
Əgər Azərbaycan müstəqil siyasət yeridirsə, beynəlxalq birlik də bizim haqlı mövqeyimizi müdafiə edirsə, eyni zamanda Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudursa ərazilərimizin işğaldan azad edilməsinə mane olan nədir?
İlham Əliyev Ali Baş Komandan olaraq nəyi gözləyir?
Təəssüf ki, gerçək vəziyyət İlham Əliyevin təqdim etdiyi kimi deyil. Bacarıqsız idarəçilik, Azərbaycanın bütün dünyada korrupsiyanın əsas məskəni, insan hüquqlarının pozulduğu, siyasi məhbusların olduğu, opponentlərin təqib edildiyi, azad seçkilərinin keçirilmədiyi bir ölkə kimi tanınması, eyni zamanda aparılan yarıtmaz diplomatik siyasət və lobbiçilik fəaliyyəti nəticəsində təşəbbüs tamamilə itirilib. Haqlı olduğumuz halda, haqsız duruma düşmüşük.”
Müsavat Partiyasının başqanı eyni zamanda hesab edir ki,əslində İlham Əliyevin təqdim etdiyi vəziyyətə nail olmaq mümkündür.
“Vətənpərvərlik ruhunu qaldırmaq və iqtisadi potensialımızdan istifadə etməklə yüksək döyüş qabiliyyətli ordu yaratmaq, demokratik islahatlar və düzgün diplomatik siyasətlə beynəlxalq birliyin etimadını qazanmaq, Rusiyadan mümkün qədər məsafələnib alternativ güc mərkəzlərinin dəstəyini almaqla problemin ədalətlə nizamlaması imkanları kifayət qədər real görünür. Minck Qrupu həmsədrlər institutu faktiki olaraq danışıqların davam etməsi imitasiyası yaratmaqla konfliktin həll olunmasına yox, konservləşdirilməsinə xidmət edir. Minsk qrupu həmsədrləri sırasında Ermənistanın mövqelərini açıq şəkildə müdafiə edən iki ölkənin – Rusiya və Fransanın təmsilçiləri olduğu halda Azərbaycanın mənafelərini müdafiə edən və ya edə biləcək dövlətlərinin təmsilçiləri yoxdur. Bu fakt nəzərə alınmaqla Minsk qrupu həmsədrləri dəyişdirilməli ya ABŞ, Rusiya, Türkiyə dövlətlərinin təmsilçilərindən ibarət qrup yaradılmalı ya da mövcud qrupa Türkiyə, Polşa dövlətlərinin təmsilçiləri də əlavə edilməlidir. Bu təkliflər baş tutmasa Minsk qrupunun vasitəçiliyindən imtina edilməlidir. Qarabağ probleminin həlli populist şüarlarla, qarşı tərəfin diqtə etdiyi etdiyi şərtlər əsasında aparılan nəticəsiz “sülh danışıqları” ilə yox, sistemli və prinsipial ümummilli siyasət, dövrün diqtə etdiyi şərtlər daxilində möhkəm siyasi iradə nəticəsində mümkün olacaq,” Müsavat Partiyasının başqanı Amerikanın Səsinə bildirib.”