Qiyas İbrahimova 30 sutka həbs cəzası verildi
Nizami Rayon Məhkəməsi gənc fəal Qiyas İbrahimovun barəsində 30 sutka inzibati həbs cəzası verib.
Qiyas İbrahimov bu gün günorta saatlarında saxlanılıb. Bu barədə Turan-a onun anası Şura Əmiraslanova bildirib. Onun sözlərinə görə, mülki geyimli şəxslər onların evinə gəliblər.
“Onlar Qiyasdan Facebook-dakı statusu silməyi tələb ediblər. Ancaq o bunu etməkdən və telefonu verməkdən imtina edib. Bundan sonra onu aparıblar”, – Əmiraslanova deyib.
O qeyd edib ki, İbrahimova qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin pozulması (polisin qanuni tələblərinə tabe olmamaq) haqqında protokol tərtib edilib, sonra onu Nizami Rayon Məhkəməsinə aparıblar.
Qiyas İbrahimov əvvəllər də həbs olunub. 2016-cı ildə mərhum Bayram Məmmədov ilə birlikdə Heydər Əliyevin abidəsinin üzərinə siyasi şüarlar yazdıqdan sonra həbs olunub. Onların hər ikisi 10 il həbs cəzasına məhkum edilib, lakin 2019-cu ildə əfv ediliblər.