Rus ordusu Ukraynada azı 136 uşaq öldürüb – BMT-nin illik hesabatı

BMT Ukraynada azı 136 uşağın ölümündə Rusiyanın günahkar olduğunu bildirib.

Təşkilat Rusiya ordusunu qlobal “rüsvayçılıq siyahısı”na daxil edib.

“Reuters”in məlumatına görə,
BMT-nin baş katibi Antonio Quterreş təşkilatın illik hesabatını açıqlayaraq, 2022-ci ildə Ukraynada 136 uşağın ölümünə görə Rusiyanın məsuliyyət daşıdığını bildirib.

Hesabat BMT Təhlükəsizlik Şurasının üzvlərinə göndərilib. AFP-nin məlumatına görə, BMT-nin münaqişə zonalarında olan uşaqlarla bağlı hesabatı gələn həftə dərc olunacaq.

Basta