Priqojin Belarusda deyil – Lukaşenko

“Vaqner”in yaradıcısı Yevgeni Priqojin Belarus ərazisində deyil. 

BelTA-nın məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə bildirib.

“Vaqner” döyüşçülərinin və ya onun liderinin harada olduğunu niyə məndən soruşursan? Bu Rusiyanın şirkətidir, ona görə sual mənə aid deyil. Bildiyimə görə, yaraqlılar öz daimi düşərgələrindədirlər”, – Lukaşenko bildirib.

Basta