Rusiya Lvovda yaşayış binasını raketlə vurdu: azı 4 ölü, 9 yaralı
Rusiya ordusu Ukraynanın Lvov şəhərinə hündürmərtəbəli yaşayış binasını raketlə vurub. Nəticədə azı 4 nəfər həlak olub, 9 nəfər yaralanıb.
Bu barədə Ukrainska Pravda Lvov meri Andrey Sadovoya istinadən xəbər verir. Ölənlərin meyitləri yaşayış binasının dağıntıları altından çıxarılıb. Sadovoy deyib ki, 60-a yaxın mənzil və 50 avtomobilə də ziyan dəyib.