Paşinyan Xankəndidə ən vacib rıçaqını itirdi
Avqustun 9-da Xankəndidəki separatçı rejim özünün yeni başçısını seçib.
“Milli Assambleyanın növbədənkənar sessiyasında Təhlükəsizlik Şurasının keçmiş katibi Samvel Şahramanyan prezidenti seçilib” – deyə, Hraparak qəzeti məlumat yayıb.
Bildirilir ki, onun namizədliyinin lehinə 22, əleyhinə isə 1 nəfər səs verib. Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi kursunu dəstəkləyən Samvel Babayanın isə namizədliyi ümumiyyətlə qeydə alınmayıb.
Qəzet iddia edir ki, Nikol Paşinyan son ana qədər Samvel Şahramanyanın seçilməsinə mane olmaq üçün hər şeyi edib: “O, hər şeyi etdi, bütün mümkün rıçaqlardan istifadə etdi, lakin bu mümkün deyildi, çünki Paşinyan ən vacib rıçaqını – Arayik Arutyunyanı itirdi”.