Müsavatdan verilən 12 şikayəti Avropa Məhkəməsi təmin edib – Divanın gündəliyi
Noyabrın 1-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər müzakirə olunub.
Başqan Arif Hacılı Haqq Ədalət Partiyasının sədri Əli İnsanovla keçirilən görüş barədə məlumat verib. Divan müxalifət daxilində əməkdaşlıq təşəbbüslərini təqdir edib.
Bildirilib ki, ötən həftə Avropa Məhkəməsi Müsavat Partiyasının 12 üzvünün seçki hüquqlarının pozulması ilə bağlı şikayətlərini təmin edib. Divan bu qərarları Azərbaycanda saxta seçkilərin ifşası istiqamətində mühüm addım kimi qiymətləndirib.
Noyabrın 8-də Şuşanın işğaldan azad olunmasının ildönümü günündə ikinci Fəxri Xiyabanda şəhid məzarlarının ziyarət edilməsi haqda qərar qəbul olunub. Qeyd edilib ki, Şuşa şəhəri daxil olmaqla işğal edilmiş ərazilərimizin böyük hissəsinin azad olunması, ötən əsrin əvvəlində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Bakının işğaldan azad olunması və Azərbaycanın öz müstəqilliyinə yenidən qovuşmasından sonra dövlətimizin yeni tarixində ən mühüm hadisədir.
İclasda Gürcüstanda keçirilən seçkilər, Bayden-Ərdogan görüşü, Qafqazda sülh danışıqları barədə fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.
Basta