Rusiyanın Ağdam yolu ilə Xankəndinə ərzaq göndərməsinə razılıq verildi
Qarabağdakı separatçı rejim Azərbaycanın Ağdam yolu ilə Xankəndinə göndərdiyi humanitar yardımı qəbul etməsə də, Rusiyanın analoji təşəbbüsünə razılıq verib. Bu haqda Ermənistan mediası separatçı rejimin informasiya qərargahına istinadən məlumat yayıb.
Məlumatda deyilir ki, bu yaxınlarda Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən bu təşkilatın maşınları ilə Qarabağa Rusiya istehsalı olan həyati əhəmiyyətli məhsullardan ibarət yardım göndərilib. Separatçı rejim Rusiya mallarının Əsgəran şəhərindən keçməklə Xankəndinə daxil olmasına razılıq verib.
Rusiya yüklərinin Qarabağa göndərilməsi Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılmasına dair təklif olunan sazişlərlə bağlı deyil.
Bunu isə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Qarabağ separatçılarının Rusiyadan ərzaq yardımı aldıqdan sonra Laçın yolunun açılacağı ilə bağlı razılıq əldə edilməsi barədə açıqlamalarına münasibət bildirərkən deyib.
“Sabah (10 sentyabr) Rusiyanın təşəbbüsü ilə Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq yükləri Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə razılaşdırılaraq Ağdam-Əsgəran yolu ilə Xankəndi istiqamətində hərəkət edəcək. Bu, ayrıca sövdələşmədir və BQXK-nın (Beynəlxalq Qızıl Xaç Komitəsi) mallarının çatdırılması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yolunun eyni vaxtda açılması təklifi ilə qarışdırılmamalıdır. Belə ki, Azərbaycan sentyabrın 1-də xoş niyyət jesti olaraq Ağdam-Xankəndi və Laçın-Xankəndi yolunun eyni vaxtda açılmasını təmin etməyə razılıq verdi. Lakin qanunsuz rejim bundan imtina etdi”, – Hacıyev X sosial platformasında yazıb.
Eyni zamanda o, Laçın sərhəd-keçid məntəqəsində “Azərbaycanın gömrük və sərhəd nəzarəti rejimi”nin fəaliyyət göstərəcəyini vurğulayıb.
O, həmçinin Qarabağda erməni silahlı qüvvələrinin tərksilah edilməsinin və marionet rejiminin ləğvinin zəruriliyini qeyd edib.
Yalan və uydurma seçkilər, ya da seçimi ciddi uğursuzluq və əks-məhsuldar adlandırmaq istərdim. Qanunsuz marionet rejimi ləğv edilməli və tərksilah edilməlidir. Bu, Qarabağın erməni və azərbaycanlı sakinlərinin yaşaya və birgə mövcud ola biləcəyi davamlı sülhü təmin etməyin yeganə yoludur”, – o qeyd edib.