Aİ Şurasının prezidenti Ərdoğanla Azərbaycan-Ermənistan münaqişəsini müzakirə edib
G20 sammiti zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Qara dəniz taxıl təşəbbüsünü, regional vəziyyəti, xüsusən Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edib. Mişel bu barədə X (tvitter) mikrobloqunda yazıb.
“G20 çərçivəsində Türkiyə prezidenti Ərdoğanla görüşdə mən Aİ-Türkiyə münasibətlərini, Qara dəniz taxıl təşəbbüsünü və regional vəziyyəti, xüsusilə Ermənistan-Azərbaycan məsələsini müzakirə etdim” – deyə, o qeyd edib.