Putinin sözçüsü: “Navalnının zəhərlənməsi Rusiyaya qarşı sanksiyalar üçün əsas ola bilməz”

Kreml Aleksey Navalnının zəhərlənməsinin Rusiya əleyhinə sanksiyaların tətbiqinə necə əsas ola biləcəyini anlamır. Bunu prezidentin mətbuat katibi Dmitri Peskov deyib. Peskov, “Şimal axını 2” qaz kəməri layihəsinin icrasını dayandırmaq çağırışlarını konkret faktlara əsaslanmayan “duyğusal” bəyanat adlandırıb.

.

Kreml sözçüsü Aleksey Navalnının vəziyyəti ilə bağlı sorğuya Almaniyadan hələ konkret bir cavab almadığından şikayətlənib və müxalif siyasətçinin zəhərlənməsinin araşdırılmasında maraqlı olduğunu söyləyib.

.

Bununla belə, Rusiya hüquq mühafizə orqanları Navalnının zəhrlənməsi ilə bağlı cinayət işi qaldırmaqdan imtina edib. Baxmayaraq ki, Navalnının tərəfdaşları, onun həyatına sui-qəsd cəhdi maddəsi ilə istintaqın başlanmasını tələb edirlər.

.

Almaniya hökuməti tibbi müayinələrə istinadən Aleksey Navalnının “Noviçok” tipli maddə ilə zəhərlənməsi faktını təsdiqləyib. Rusiya prezidenti Vladimir Putinin ən fəal tənqidçisi olan Navalnı avqustun 20-dən komadadır. Əvvəlcə Omsk Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən müxalifətçi yalnız iki gün sonra ailəsi və dostlarının təkidi ilə Almaniyanın Şarite klinikasına aparılıb.

.

Basta