Separatçı ordunun keçmiş rəhbəri sərhəddə saxlanıldı – TASS
Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları Qarabağdan Gorusa keçmək istəyərkən Laçın keçid məntəqəsində separatçı ordunun keçmiş komandanı (2015-2018), general-leytenant Levon Mnatsakanyanı saxlayıb.
Bu barədə TASS-a onun yaxın ətrafı məlumat verib.
“General Levon Mnatsakanyan Laçın keçid məntəqəsində azərbaycanlılar tərəfindən həbs edilib”, – agentliyin həmsöhbəti bildirib.
Bəzi KİV-lər general-leytenant Arşavir Qaramyanın həbsi barədə də məlumat yayıblar.