Müsavat Divanının gündəliyi

Oktyabrın 9-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər və qərarların icrası ilə bağlı məlumat dinlənilib.

Daha sonra 9 oktyabr – Azərbaycan Milli Ordunun yaradılması haqda qərarın 32-ci ildönümü  olduğu qeyd edilib.

18 oktyabr Müstəqilliyin bərpa olunmasının ildönümü ilə bağlı tədbirlərə hazırlıqla bağlı təkliflər irəli sürülüb.

Başqan Arif Hacılı partiya rəhbərliyinin iki beynəlxalq tədbirə dəvət olunması barədə məlumat verib.

İclasda HƏMAS-ın İsrailə hücumundan sonra yaranan durum müzakirə olunub, terror aktları və dinc əhaliyə qarşı zorakılıq pislənilib.

Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsində Qarabağda guya “etnik təmizləməyə bərabər tədbirlərin həyata keçirilməsi” iddiası əsassız sayılıb.

Güney azərbaycanlı Nərgiz Məhəmmədinin Nobel mükafatına layiq görülməsi önəmli hadisə kimi qiymətləndirilib, onun və bütün siyasi məhbusların azadlığa buraxılması tələb edilib.

Sonda cari məsələlər müzakirə edilib.