Deyirlər ki, ərəb dəyirmanına su tökürsüz…

 

Bir qrup yəhudi solçu Tel-Avivdə aksiya keçirərək, İsrail hökumətinin Qəzzaya hücumuna etiraz ediblər. Polis aksiyanı dağıdıb.

Dünyanın müxtəlif ölkələrindən insanlar bu görüntülərin altında şərh yazır və onları ələ salır ki, İsrailin bu dar günündə ərəb dəyirmanına su tökürsüz.

Başqa bir yəhudi də yazır ki, onların mövqeyi ilə razılaşmasam da, aksiya keçirməyi normal sayıram, bütün israillilər hökumətin planını dəstəkləməyə borclu deyil.

İsraili güclü edən nə dronu, nə zionizmi, nə də minillik tarixidir. Məhz sonuncu dünyagörüşə görə İsrail Yaxın Şərqdə güclü və cəlbedici dövlət olaraq qalır. Bu dünyagörüşün bizim cəmiyyətdə yayılması üçün oxumağı-yazmağı bilən nəsilin dəyişməsinə ehtiyac var.

Yazı Anar Məmmədlinin feysbuk səhifəsindən götürülüb.