ABŞ Dövlət Departamenti Tofiq Yaqublunu azad etməyə çağırır
Cümə günü ABŞ Dövlət Departamenti Azərbaycana Tofiq Yaqublunun işinə yenidən baxmaq çağırışını təkrarlayıb.
“ABŞ səfirliyi sentyabrın 3-də Tofiq Yaqublunun saxtalaşdırılmış ittihamlarla mühakimə edilməsindən məyus olub”, – Dövlət Departamentinin mətbuat katibi Turan-ın Vaşinqton müxbirinə bildirib.
“Cənab Yaqublu həbsdə saxlandığı müddətdə və məhkəmədə müvafiq hüquqi prosedurun bir çox elementlərindən imtina ediblər. Biz Azərbaycan hökumətini siyasi motivli həbsləri dayandırmağa, cənab Yaqublunun işinə yenidən baxmağa və Azərbaycan Konstitusiyası ilə təmin edilən söz və toplaşma azadlığına hörmətlə yanaşmağa çağırırıq”,- mətbuat katibi qeyd edib.
Öz növbəsində, cümə günü Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu cümə günü Tvitterdə yazıb ki, əsas söz və assosiasiya azadlığının həyata keçirilməsi “heç zaman azadlıqdan məhrumetmə üçün əsas deyil”.
“Bu, universal insan hüquqlarıdır. Biz Azərbaycanın Tofiq Yaqublunun barəsində lazımi hüquqi prosedurdan imtina etməsindən narahatıq və onu azad etməyə çağırırıq”, – tvitdə deyilir.