İlqar Məmmədov İlham Əliyevə təşəkkürünü bildirib

Dünən Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədovun Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvercilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə növbəti görüşü keçirilib. Bu haqda sentyabrın 4-də Real partiyası məlumat yayıb.

.

Məlumatda deyilir:

.

“Cənab Vəliyev partiyamızın qeydiyyatı münasibəti ilə Prezident İlham Əliyevin təbrikini İlqar Məmmədova çatdırdı. Təbrikə görə təşəkkürünü bildirən REAL sədri siyasi partiyaların qeydiyyatında son aylarda baş verən əhəmiyyətli dəyişikliyin müsbət yenilik olduğunu vurğuladı. Tək ölkə vətəndaşları deyil, həm də ABŞ, Fransa, Böyük Britaniya və Avropa İttifaqı tərəfindən rəsmi bəyanatlarda partiyamızın qeydiyyatına yüksək qiymət verildiyini, bunu ölkəmizin beynəlxalq nüfuzuna ciddi fayda gətirən amil olduğunu bildirdi.

Prezidentin köməkçisi Hikmət Hacıyevin bu yaxınlarda vətəndaş cəmiyyəti təşkilatları ilə başladığı görüşlər seriyasının həm də REAL Partiyası ilə hakimiyyət arasında davam edən dialoqun əks-sədası olduğunu görüşdə eşitməyindən İlqar Məmmədov məmnunluğunu ifadə etdi.

REAL sədri dünən Avropa Şurasında 4 ilə yaxındır Azərbaycana qarşı davam edən pozuntu prosedurunun nəhayət rəsmən aradan qaldırılmasını da hakimiyyətin REAL ilə aparılan dialoqun müsbət nəticələrindən biri olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, yaratdığımız hüquqi örnək Azərbaycanın Avropa İnsan Haqları Konvensiyası sistemində yerini qorudu. Bunun önəmi Avropa Şurası Baş katibinin dünənki bəyanatında bir daha vurğulandı.

Cənab Ədalət Vəliyev bildirdi ki, siyasi partiyalarla əlaqələr sahəsində Prezident Administrasiyasının hazırladığı yeni təşəbbüslərin yaxın aylarda ölkədə siyasi münasibətlərin yeni mərhələyə keçməsində rolu olacaq.

Söhbət zamanı ölkənin siyasi gündəminə aid problemli məsələlər, o cümldən Vəfa Nağı və Tofiq Yaqublu ilə bağlı qərarların nümunəsində məhkəmələrin insan haqlarını qorumasında yeri haqqında ətraflı fikir mübadiləsi aparıldı.

Basta