Əli İnsanovun köməkçisi itkin düşüb
Haqq Ədələt Partiyasının sədri Əli İnsanov öz “Facebook” səhifəsində İdarə heyyətinin üzvü, partiya sədrinin köməkcisi Rəşad Abbaslının yoxa çıxması ilə bağlı məlumat yayıb.
Yazıda bildirilir ki, Rəşad Abbaslı saat 14.30-da partiya sədri ilə əvvəlcədən təyin olunmuş görüşə gəlmək məqsədi ilə yaşadığı evdən çıxıb. Lakin 16:00-da təyin olunmuş görüşə gəlməyib.
Əli İnsanov Rəşad Abbaslının saat 14:30-dan mobil telefonunun söndürüldüyünü, onunla əlaqə yaratmağın mümkün olmadığını yazıb.
Bu saata olan məlumata görə Rəşad Abbaslının harada olması barədə yaxınları və partiya yoldaşları məlumatsızdır.
Yaxınlarının verdiyi məlumata görə, bununla əlaqədar Daxili İşlər Nazirliyinin 102 xidmətinə müvafiq məlumat verilib. Günün sonunda Binaqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin bir qrup əməkdaşı Rəşad Abbasovun evinə gələrək, onun ailə üzvlərinə suallar ünvanlayıb.
Könül Alı
Basta