Bakı Vaşinqtonu Ermənistana hücum etməyəcəyinə əmin etdi – Ceyms O’Brayen

 Səfir Ceyms O`Brayen bunu Konqresin Xarici Əlaqələr Komitəsində Dağlıq Qarabağın gələcəyi ilə bağlı keçirilən dinləmələrdə deyib.

O, daha sonra konkret addımlar barədə məlumat verdi, birincisi, Dövlət Departamenti 907 saylı düzəlişi dondurmayacaq, bu isə Azərbaycana yardım göstərməyi mümkünsüz edir. Bundan əlavə, ABŞ  tranzit dəhlizinin tikintisini   sülh sazişi bağlandıqdan və Ermənistanın razılığından sonra mümkün hesab edir.

O’Brayen həmçinin bildirib ki, Vaşinqton hər yüksək səviyyəli təmasda Ermənistana qarşı güc tətbiqinin tamamilə qəbuledilməz olduğunu “dəfələrlə” açıq şəkildə bəyan edib.
“Bakıdakı hakimiyyət bizi əmin etdi ki, onların belə bir niyyəti yoxdur və biz qoşunların hərəkətini və onların başqa planlarının ola biləcəyinə dair hər hansı əlaməti çox diqqətlə izləyirik”, o əlavə edib.

Sentyabr müharibəsi haqqında danışan O’Brien bildirib ki, Dövlət Departamenti katib Blinkenin göstərişi ilə təkcə o günlərdə deyil, ondan əvvəlki aylarda baş verənlərin hərtərəfli və şəffaf hesabatını hazırlayır.

Vaşinqton Ermənistana dəstək üzərində də işləyir. “Biz Ermənistana dəstək vermək üçün Avropa İttifaqı ilə sıx əməkdaşlıq edirik.

Sülh danışıqlarına gəldikdə, O’Brien bildirib ki, qarşıdakı bir neçə həftə tərəflərin yaxşı niyyətdən hərəkətə keçmək istəyini yoxlamaq üçün kritik olacaq.

O`Brayen qanunvericilərin sualını cavablandırarkən bir daha bəyan edib ki, 19 sentyabr hadisələrindən sonra sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər Azərbaycanla münasibətlər əvvəlki kimi olmayacaq.

“Buna görə də biz bir sıra yüksək səviyyəli səfərləri ləğv etdik, (Bakının) hərəkətlərini pislədik və 907-ci düzəlişı  bərpa etdik”, – O Brien bildirib.

Dinləmələr davam edir. -0-

Turan