Ermənistanda əskər anaları övladlarının Xankəndində qalmasına etiraz edir: “Onların həyatı təhlükədədir”
Noyabrın 28-də Ermənistan Müdafiə Nazirliyinin qarşısında Xankəndində hərbi xidmətdə olan hərbçilərin ailə üzvlərinin aksiyası keçirilib. Ermənistan mətbuatının məlumatına görə, müdafiə naziri Vaqarshak Harutyunyan etirazçılarının bir qrupunu qəbul edib.
Ermənistan Müdafiə Nazirliyinin binası yaxınlığında jurnalistlərlə söhbətində Eçmiadzin sakini Armine Avakyan təkcə oğulları üçün deyil, müharibədən çıxan bütün hərbçilər üçün mübarizə apardıqlarını bildirib.
O qeyd edib ki, Xankəndində saat 18:00-dan sonra Rusiya sülhməramlıları meşə yollarına nəzarət etmir və bu səbəbdən oradakı Ermənistan hərbçilərinin həyatı təhlükədədir.
“Rus sülhməramlısı formasında olan və rus dilində danışan hər hansı bir azərbaycanlı gəlib oğlanlarımıza zərər verə bilər. Şəxsən mən 17 noyabrda Xankəndində idim, zabitlərin məsləhəti ilə orada gecələdim, çox ayıq idim. Deyirəm oğullarımız təhlükədədir. Uşaqlarımız zəng edib soruşurlar: bizim dalımızca gələcəksiniz? Bəli, hamımız gedəcəyik. Dövlət, hökumət, komandiriniz sizi tərk edə bilər, ancaq valideyn heç vaxt. Əl çəkməyəcəm, bacardığım qədər çox uşağı Ermənistana qaytaracağam” – deyə, A.Avakyan bildirib.
A.Avakyan noyabrın 29-da səhər hökumət binasının qarşısında olacağını, nələrin baş verdiyini anlamaq üçün avtomobillərlə Xankəndinə gedəcəklərini söyləyib.
Valideynlər uşaqlarının açıq havada gecələdiklərini, onların sağlamlıq problemlərinə məhəl qoyulmadığını qeyd edirlər. Etirazçılar övladlarına sonrakı xidmət şərtləri aydınlaşana qədər ən azı 10-20 gün məzuniyyət verilməsini tələb edirlər.
Basta