Orxan Hacılı ev dustaqlığına buraxıldı

Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı ev dustaqlığına buraxılıb. Bu haqda vəkil Nemət Kərimli məlumat verib.

“Yasamal rayon məhkəməsi Orxan Hacılının barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi haqda verdiyim vəsatəti təmin etdi. İstintaq faktiki olaraq yekunlaşdığı üçün onun həbs edilməsi üçün irəli sürülən əsaslar aradan qalxıb” – deyə, Nemət Kərimli bildirib.

Qeyd edək ki, Orxan Hacılı avtomobil qəzasına görə həbs edilmişdi. Müsavat Partiyası bu həbsin əsassız  olduğunu və partiya başqanı Arif Hacılıya təzyiq məqsədi daşıdığını bəyan edib.

Basta