“Basta” nın əməkdaşı media müsabiqəsinin qalibi oldu
“Basta” nın əməkdaşı Könül Alı(Alıyeva) jurnalistlər arasında keçirilən məqalə müsabiqəsinin qalibi olub. Jurnalist bu haqda özünün sosial şəbəkə hesabında status yazıb.
“Sabahı xoş xəbərlə açdım. İsveçrə İnkişaf Agentliyinin dəstəklədiyi “Azərbaycan: vətəndaşların qlobal istiləşmə ilə mübarizəyə necə töhfə verə biləcəyi barədə məlumatlılığın artırılması” layihəsi çərçivəsində jurnalistlər üçün təşkil olunmuş media müsabiqəsinə təqdim etdiyim araşdırma məqaləm birinci olub.
“Tempraturun yüksəlməsi bu hekayənin yalnız başlanğıcıdır” adlı araşdırma məqaləm dəyərli münsiflər tərəfindən birinci olaraq seçilib.
2-ci yerə Günel İsayevanın “Kənd təsərrüfatı ciddi təhlükədə: iqlim dəyişikliyi ilbəil fəsadları artırır“, 3-cü yerə Raminə Nəzərovanın “Havamıza da xeyir, cibimizə də xeyir?! Elektromobil sürməyə dəyərmi?“, məqaləsi layiq görülüb.
Sevincimi sizlərlə paylaşmadan keçə bilmədim. İkinci, üçüncü yeri tutan dəyərli həmkarlarımı da təbrik edir, uğurlar arzulayıram.”, jurnalist bildirib.
“Qeyd edim ki, layihənin icraçısı Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondudur. Fondun rəhbəri dəyərli Sabit Bagirova önəmli mövzunu işlədiyinə görə bir daha təşəkkür edirəm.”, müsabiqənin qalibi fikirlərini belə yekunlaşdırıb.
Basta