Müsavat Divanının gündəliyi

Yanvarın 8-də Müsavat Partiyası Divanının iclası keçirilib. İclasda əvvəlcə ötən vəfat edən veteran müsavatçı Mehdi Şirəlinin xatirəsi sayğı duruşu ilə anılıb.

Daha sonra görülən işlər barədə məlumat dinlənilib, qurultaya hazırlıq və digər partiyadaxili məsələlər müzakirə olunub.

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümü ilə bağlı yanvarın 31-də saat 12:00-da Novxanıda anım mitinqinin keçirilməsi barədə qərar qəbul olunub. Müsavat Partiyası Divanının dekabrın 25-də keçirilən iclasında qəbul olunan qərara uyğun olaraq, Rəsulzadənin 140 illik yubileyi ilə bağlı planlaşdırılan digər tədbirlərin icrası ilə bağlı tapşırıqlar verilib.

Ölkədə və regionda gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.

Basta