Müsavat Divanının gündəliyi

Yanvarın 15-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər və partiyanın növbəti qurultayına hazırlıqla bağlı məlumat dinlənilib. 

Yanvarın 20-də saat 14:00-da ənənəvi yürüş ilə Şəhidlər Xiyabanının ziyarət edilməsi qərara alınıb. 

“Abzas Media”nın işi üzrə jurnalist Elnarə Qasımovanın saxlanılması pislənilib, qanunsuz olaraq həbs edilən jurnalistlərin və siyasi məhbusların azadlığa buraxılması tələb edilib. 

Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarında gəlişmələr, ölkədə və regionda  baş verən hadisələr ətrafında fikir mübdiləsi aparılıb. 

Sonda cari məsələlər müzakirə olunub. 

Basta