2022-ci il etirazlarında saxlanılmış Məhəmməd Qubadlı edam olundu
2022-ci ildə “Qadın, Yaşam, Azadlıq” Hərəkatında saxlanılmış Məhəmməd Qubadlının barəsində çıxarılan edam hökmü bu gün səhər icra olunub. Bu haqda İran məhkəmə sisteminin müvafiq portalında məlumat yayılıb.
Ona görə vəkil onun edam edilməsinin hüquq baxımdan “qətl” hesab olunduğunu deyib.
Məhkəmə yanvarın 22-də hökmü icra şöbəsinə göndərib və yanvarın 23-ü icra olunmasını istəyib.
Bu səbəbdən apellyasiya şikayətinə vaxt verilməyib. Həmçinin Beynəlxalq Əfv Təşkilatı hökmün qanunsuz olduğuna görə icrasının dayandırılmasını tələb etmişdir.
Bildirək ki, Məhəmməd Qubadlı ötən il “Qadın,Yaşam, Azadlıq” Hərəkatında nümayişlər zamanı bir polis məmurunun öldürülməsində ittiham olunub.
Günaz TV