Paşinyan Ermənistanın KTMT-də iştirakını “dondurduğunu” açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını “dondurduğunu” deyib.

Paşinyanın sözlərinə görə, Ermənistana münasibətdə, xüsusən 2021-2022-ci illərdə kollektiv təhlükəsizlik sazişi yerinə yetirilmədiyi üçün ölkə təşkilatda iştirakını dayandırıb.

Aydınlaşdırıcı suala cavab verən Paşinyan bildirib ki, Ermənistanda Rusiya hərbi bazasının saxlanması məsələsi də gündəmdədir.

Müsahibə zamanı Paşinyan Rusiya hakimiyyətini tənqid edərək bildirib ki, Kreml bir neçə ay əvvəl “açıq şəkildə erməni əhalisini hökuməti devirməyə çağırıb”. Onun sözlərinə görə,  Moskvanın ona qarşı təbliğatı dayanmadan davam edir.

Paşinyan qeyd edib ki, Rusiya hərbçilərinin Ermənistan ərazisində əməliyyat keçirərək Dmitri Setrakovu qaçırılması onu narahat edir. “Biz öz ərazimizdə qanunsuz hərəkətlərə dözə bilmərik”, – Paşinyan bildirib. O, xəbərdarlıq edib ki, İrəvanın tələbləri cavabsız qalsa, bunun nəticələri olacaq.

Basta