Müsavat Divanının gündəliyi

Martın 4-də Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. İclasda əvvəlcə görülən işlər müzakirə olunub.

Bildirilib ki, fevralın 26-da Müsavat Partiyasının rəhbərliyi və bir qrup üzvü Xocalı soyqırımıın ildönümü ilə bağlı Bakıdakı “Ana harayı” abidəsini ziyarət ediblər. Martın 2-də isə qətlə yetirilən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun məzarı ziyarət edilib.  

Ötən iki həftə ərzində Müsavat Partiyasının SumqayıtGəncə şəhər təşkilatlarının, eləcə də Biləsuvar, Laçın, Binəqədi, Cəlilabad, Xətai, Hacıqabul, Siyəzən rayon təşkilatlarının yığıcaqları keçirilib, partiyanın növbəti qurultayına nümayəndələr seçilib. 

Divan üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Ankarada yerləşən məzarının üzərindəki abidənin sökülməsinə etirazını bildiriblər. Qeyd olunub ki, Rəsulzadənin yeganə varisi olan nəvəsi Rais Rəsulzadə məzarla bağlı Azərbaycan Kültur Dərnəyinə vəkalətnamə verib. Lakin Azərbaycan hakimiyyəti Rəsulzadənin varisinə və Kültür Dərnəyinə xəbər vermədən abadlaşdırma adı altında məzarı sökməklə, qanunları kobud şəkildə pozub. Müsavat Partiyası, məzarın üzərindəki abidə bərpa edilərkən, bunun Kültür Dərnəyi ilə və Azərbaycan ictimaiyyətilə razılaşdırılmasını tələb edir.  

İclasda Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının gedişatı, regionda və dünyada cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb. 

Basta