Əlilliyin təyin edilməsi üzrə yeni mexanizmin tətbiqi niyə narahatlıq doğurur?
Əlillik adlanan kateqoriyaya müxtəlif maneələrlə qarşılaşan, cəmiyyətdə başqaları ilə bərabər tam və səmərəli iştiraka mane ola biləcək uzunmüddətli fiziki, əqli və ya hissiyyat qüsurları olan şəxslər daxildir.
Hökümətlərin əlillərin ləyaqətli yaşam hüquqlarına çatımlılığını təmin etmək üçün qəbul etdiyi qanunlar digər insanların imkanlarından fərqli olmamalıdır. Əlillərin hüquqlarından, əsas azadlıqlarından tam və bərabər istifadəsini təşviq etmək, qorumaq, təmin etmək, ləyaqətinə hörməti təşviq edən qanunların məzmunundan və işlək olmasından asılıdır.
Hökümət əlil insanların ləyaqətli yaşayışını təmin etmək üçün şərtləri niyə çətinləşdirib?
Azərbaycanda zaman-zaman əlilliyin təyin edilməsi ilə bağlı vətəndaşların qarşılaşdıqları problemlər gündəmə gətirilir.
“Demokratiyanı Öyrənmə İctimai Birliyi” bu məsələ ilə bağlı vəziyyətə aydınlıq gətirmək üçün tədqiqat aparıb. “Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı yeni hüquqi mexanizmlərin tətbiqi sahəsində vəziyyətin qiymətləndirilməsi üzrə HESABAT” adlanan sənəd iqtisadçı Rövşən Ağayev, Qədir Qədirlinin araşdırmaları əsasında müxtəlif boks qruplarda aparılan işin yekunu olaraq ərsəyə gəlib.
Tədqiqatın giriş hissədində bildirirlir ki, əlilliyi olan şəxslərin cəmiyyət həyatında iştirakının maneəsiz təmin edilməsi, onların sosial-iqtisadi, mədəni, siyasi hüquqlarının təmin edilməsi beynəlxalq birliyin, eləcə də ayrı-ayrı dövlətlərin prioritet saydığı məsələlər sırasındadır. Dünya Səhiyyə Təşkilatının yanaşmasına görə, “əlillik” anlayışı fərdin vücudunda duyğu, funksional, əqli və mənəvi fərqlərdə özünü göstərməklə həyatın bir çox sahələrində müxtəlif səviyyədə məhdudiyyət və maneələrlə üzləşmə vəziyyətini ifadə edir.
Əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsində ən təməl məsələ onların statusunun tanınmasıdır. Bu baxımdan Azərbaycanda əlilliyin müyyən edilməsi ilə bağlı 2022-ci ilin iyulundan tətbiq edilən yeni mexanizmin nə dərəcədə effektiv və şəffaf olmasının qiymətləndiriliməsi mühüm əhəmiyyətə malikidir. Təqdim olunan bu Tədqiqat Hesabatı da məhz bu istiqamətdə problemlərin öyrənilməsi məqsədilə hazırlanıb.
Əlillik statusu almaq üçün müraciət edən az qala hər 3 nəfərdən biri bu statusu ala bilmir
Demokratiyanı Öyrənmə İctimai Birliyi Azərbaycanda əlilliyin təyin edilməsi sahəsində vəziyyətin qiymətləndirilməsi məqsədilə ölkə qanunvericiliyinin və mövcud praktikanın təhlili, müsbət xarici təcrübənin öyrənilməsi, eləcə də bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün tövsiyələrin hazırlanmasına xidmət edən tədqiqatı son dövrlərin məsələyə işıq tutan ən yaxşı sənədidir. Təqdim olunan bu Hesabat həmin tədqiqatın tapıntıları və nəticələrini özündə əks etdirir.
Tədqiqatdan da görmək olur ki, Azərbaycanda əlillik statusu tanınmış şəxslərin bütün əhaliyə nisbəti 5% ətrafındadır ki, bu dünya üzrə orta göstəricidən təxminən 3 dəfə azdır. Buna baxmayaq insanlar bu statusu ala bilmir. Bəzi hallarda əlilliyi xüsusi tibbi ekspertiza tərəfindən müəyyən olunmuş şəxslərin statusu ləğv olunub. Araşdırmadan aydın olur ki, son dövrlərdə əlillərin sayı 25;%-dək azalıb.
Təşkilatın aidiyyatı quruma göndərdiyi sorğuya cavab olaraq bildirilib ki, 2018-2023-cü illərdə əlilliyin təyin olunması ilə bağlı 652 370 müraciət olub, Agentlik tərəfindən 258 640 nəfər şəxsə status verilib. Bu nisbətin ürəkaçan olmadığı müşahidə olunur.
Əlilliyin müəyyən olunmasında qoyulan tələblər, bürokratik əngəllər statusun əldə olunması üçün çətinliklər yaradıb
Araşdırma zamanı Azərbaycanda əlilliyi olan şəxslərin sosial hüquqlarının təmin edilməsi sahəsində rəsmi siyasətlə bağlı mövcud vəziyyət analiz edilib. Bununla bağlı qəbul edilən qanunlar müzakirə edilib, dünya təcrübəsi ilə müqayisəli təhlil aparılıb. Ölkədəki real vəziyyətin öyrənilməsi üçün sahə araşdırması, rəy sorğusu, fokus qrup müzakirəsi aparılıb.
Azərbaycanda əlilliyi olan şəxslərin sosial hüquqlarının təmin edilməsi sahəsində rəsmi siyasət, əlilliyin təyin edilməsi ilə bağlı yeni hüquqi mexanizmlər, əlilliyin müəyyən edilməsi ilə bağlı Dünya Səhiyyə Təşkilatının standartları, beynəlxalq təcrübə araşdırılıb.
Əlilliyin təyin edilməsində problemlər var
Araşdırma nəticəsində Azərbaycanda əlliliyin təyin edilməsi ilə bağlı yeni mexanizmin tətbiqində də problemlər olduğu müəyyən edilib.
Qaydaların təcrübədə tətbiqi sahəsində real vəziyyətin öyrənilməsi üçün 50 nəfər arasında sorğu keçirilib. Sorğudan aydın olub ki, iştirakçıların dörddə üçü (37 nəfər) hər hansı formada kənar yardım olmadan özü müraciət edib. Müalicə həkiminin dəstəyilə 7 nəfər, hüquqşünas yardımından istfadə edən 2 nəfər, digər şəxslərə kömək üçün müraciət edənlərin sayı 4 nəfər olub.
Respondentlərin çox az hissəsi – cəmi dörddə biri (13 nəfər) yeni qaydalarla bağlı özünü tam məlumatlı sayır. Öz növbəsində, 20 iştirakçı (respondentlərin 40%-i) qismən, 17 nəfəri isə çox az məlumatlı və ya ümumiyyətlə məlumatsız olduğunu bildiriblər.
Əksəriyyət imtina cavabı alır
Əlilliyin təyin olunmasından imtinanın səbəbləri , gondərişlərin verilməsi prosesində problemlər, göndərişlərin verilməsi müddətləri araşdırılıb. Bütün məlumatlar hesabatda geniş yer alıb.
TSEK-də qiymətləndirmə prosesində problemlər olduğu, məsələ ilə bağlı respondentlərin şikayətləri dinlənilib.
Şikayət verən respondentlərdən ümumilikdə əlilliyin təyin edilməsi ilə bağlı şikayətlərə baxılması prosesinin nə dərəcədə şəffaf və obyektiv olması soruşulub. Nəticələr hesabatda yer alıb.
Hesabatın sonunda aparılan araşdırmaların, analizlərin nəticəsinə uyğun olaraq təkliflər verilib.
Hesabatın tam mətni ilə buradan tanış olmaq mümkündür.
Könül Alı
Basta