Bu gün Torpaq çərşənbəsidir
Bu gün, martın 19-da İlaxır (son) çərşənbə və ya Novruz ayının Torpaq çərşənbəsi- bahar bayramı, astronomik günəş təqviminə görə yeni ilin gəlişi qeyd olunur. Bu dördüncü çərşənbə torpağın oyanmasına, canlanmasına dair mifik inanclarla əlaqəlidir.
İnanca görə, Torpaq çərşənbəsinin başlaması ilə torpaq əkinə hazır olur və ona toxum səpilə bilər. Torpaq çərşənbəsi yerin üzünü dəyişdirir, adamlar çatışmazlıqları, çətinlikləri və məhrumiyyətləri aradan qaldırmaq üçün daha çox gücə sahib olur.
Ənənəyə görə, Novruzun dörd Çərşənbələrin garşılanması Çərşənbə axşamı başlayır. Bayram masasını plov, səməni, şam, ənənəvi şərq şirniyyatları, qoz-fındıq, quru meyvə çeşidləri, konfet, boyalı yumurta bəzəyir.
Novruz bayramının zirvəsi martın 20-də baş verəcək yaz bərabərliyi günü olacaq. Günəş təqviminə görə yeni ilin başlanğıcını göstərir və xalq şənlikləri və ziyafətlərlə qeyd olunur.