Rusiyanın COVID-19 peyvəndi elmi cəmiyyətdə şübhələr yaradıb
Böyük bir alim qrupu COVID-19 peyvəndinin keyfiyyəti ilə bağlı narahatlıq ifadə edib.
Pandemiya virusuna qarşı onlarla potensial peyvənd arasında rəqabət var. Vaksinin inkişaf etdirmə texnologiyaları fərqli olsa da, peyvəndi daha tez icad cəhdi çox böyük pullar və şöhrət qazanmaq istəyi ilə bağlıdır.
Təsadüfi deyil ki, N. Gamaleya İnstitutunda hazırlanmış dərmanın təbliği SSRİ-nin dünyaca məşhur nailiyyəti – kosmosa ilk peyk göndərilməsi ilə əlaqələndirildi. Peyvəndi ilk olaraq Səhiyyə Nazirliyinin qeydiyyatdan məsul məmuru deyil, Prezident Putin elan etdi. Buna baxmayaraq, peyvəndin qeydiyyatı Rusiyanın özündə və dünyanın elmi ictimaiyyətində böyük narahatlığa səbəb oldu. Belə ki, vaksin rəsmi olaraq sadələşdirilmiş əsaslarla təsdiqlənmişdir, effektivliyi tam miqyaslı müqayisəli tədqiqatlarda öyrənilməmişdir. Əslində peyvəndin təhlükəsizliyi də bilinmir.
Vaksin haqda geniş hesabat sentyabrın 4-də hörmətli tibb jurnallarından biri olan “The Lancet”də çıxdı. Artıq 7 sentyabrda isə bir qrup alim “Narahatlıq qeydini” nəşr etdirdi. Yazıda ehtimal olunan kobud pozuntular göstərilir: məsələn, nəticələrin natamam hesabatı və ya məlumatların saxtalaşdırılması.
Sentyabrın 8-da 20 alimin imzaladığı məktub məqalənin ilk müəllifi D.Loqunova və Lancetin redaktoru R.Hortona məktubünvanlanır.
Məktub müəllifləri yenidən təhlil etmək üçün orijinal məlumatlara giriş tələb edirlər.
Heybət Əmrah
Basta2.com