Tofiq Yaqublu City Hospitalda aclıq aksiyasını davam etdirir

Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu City Hospitala köçürülsə də, artıq 13-cü gündür ki, aclıq aksiyasını davam edir. Bu haqda onun qızı Nigar Nəzi məlumat verib.

“Bütün dünya bilir ki, bu aclıq İlham Əliyevin sifarişi ilə şərlənməsinə, həbs olunmasına və məhkəmənin qanunsuz hökmünə görədir. Tofiq Yaqublunun həyatına görə yalnız İlham Əliyev məsuliyyət daşıyır. Tofiq Yaqublu ya haqqı olan azadlığına qovuşacaq, ya da ki, ölümə. İndi qərarı İlham Əliyev verəcək” – deyə, Nigar Həzi bildirib.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Basta