Arif Hacılı: “Avrointeqrasiya xalqımızın tarixi seçimidir”
Bu günlərdə yaradılmasının 106 illiyini Müstəqillik Günü, dövlət bayramı kimi qeyd etdiyimiz Azərbaycan Xalq Cümhiriyyəti dövlət quruculuğu siyasətində xalqımızın gələcək inkişafı və milli mənafelərimiz naminə avrointeqrasiya xəttini əsas götürürdü.
1991 ci il oktyabrın 18 də Azərbaycanın Milli Məclisi tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” na görə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.
Bu sənədin əsas müddəaları sonradan ümumxalq referendumu vasitəsi ilə qəbul edilmiş
Azərbaycan Respublikasının Konstitusiyana daxil edilib.
Avrointeqrasiya xəttinin milli mənafelərimizi əks etdirən əsas siyasi istiqamət olduğu həm ölkə Konstitusiyasında, həm də “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası” nda öz əksini tapıb.
Milli bayrağımızın üç rəngirdən biri belə seçdiyimiz bu yolun simvoludur.
Demokratik azadlıqlar və insan haqlarına, bərabər imkanlar prinsipinə əsaslanan bu yol M.Ə. Rəsulzadə və onun silahdaşları tərəfindən irəli sürülərək xalqın iradəsi ilə qəbul edilmiş, 70 illik fasilədən sonra Ə. Elçibəyin, onun silahdaşlarının təşəbbüsü və təşkilatçılığı, xalqın iradəsi ilə yenidən bərpa olunmuş bir yoldur.
Avrointeqrasiya Azərbaycan xalqının tarixi seçimidir və bu seçimi xalqın iradəsinin ziddinə olaraq heç kim dəyişdirə bilməz!
Yazı Müsavat Partiyasının 6-cı başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.