Putin Ukraynaya müharibə elan etdi

 

Fevralın 24-də Moskva vaxtı ilə səhər saat beş radələrində Rusiya telekanalları Rusiya prezidenti Vladimir Putinin Rusiya ordusunun Ukrayna ordusu ilə silahlı münaqişəyə girdiyini elan etdiyi  müraciətini yayımlayıb.

 

“BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası ilə mən xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldim. Biz Ukraynanın demilitarizasiyası və denasifikasiyasına çalışacağıq”, – Putin bildirib.

 

“Bu gün istifadə etdiyimiz imkan istisna olmaqla, Rusiyanı müdafiə etmək üçün başqa imkanımız qalmadı”, – Rusiya prezidenti iddia edib.

 

Putin həmçinin “mülki əhaliyə, o cümlədən Rusiya Federasiyası vətəndaşlarına qarşı çoxsaylı qanlı cinayətlər törətmiş şəxslərin” məsuliyyətə cəlb ediləcəyinə söz verib.

 

Putin Ukrayna hərbçilərini silahı yerə qoymağa çağırıb. Bunu edənlərə ailələrinin yanına qayıtmaq imkanı vəd edilir. Qan tökülməsinə görə bütün məsuliyyət Ukrayna rejiminin vicdanındadır”, – Putin əlavə edib.

 

 

 

Putinin bəyanatı yayımlanarkən Nyu-Yorkda təşkilatın baş katibinin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının iclası keçirilib. Təhlükəsizlik Şurasının üzvləri artıq hərbi əməliyyatların elan edildiyi vaxtda Rusiyanı sülhə çağırmağa davam ediblər. Putinin BMT Təhlükəsizlik Şurasına müraciəti barədə ona sədrlik edən Rusiyanın daimi nümayəndəsi Vasili Nebenzia məlumat verib – Ukraynanın guya Donetsk və Luqanskı necə atəşə tutması barədə uzun hekayədən sonra o, Təhlükəsizlik Şurasına müharibənin (yaxud rus dili ilə desək, “xüsusi əməliyyat”) artıq başlamışdı.

 

Putinin bəyanatının yayımlanmasından dərhal sonra Xarkov, Kiyev, Kramatorsk, Odessada partlayışların baş verməsi, həmçinin separatçılar tərəfindən Donbasda güclü mərmi atmağa başlaması barədə məlumatlar yayılıb.

 

ABŞ prezidenti Ukraynaya qarşı  hücumla bağlı xüsusi bəyanat yayıb.

 

Basta