Müsavat başqanı ATƏT-in Seçki Müşahidə Missiyasının rəhbəri ilə görüşüb
Avqustun 14-də Müsavat başqanı İsa Qəmbər ATƏT-in Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati ilə görüşüb.
Müsavatın qərargahında keçirilən görüşdə sentyabrın 1-nə təyin olunan növbədənkənar parlament seçkilərilə bağlı müzakirələr aparılıb.
Tərəflər seçkilərin müşahidə olunması məsələsində əməkdaşlığa hazır olduqlarını ifadə ediblər.
Görüşdə Müsavat başqanının müavinləri və Müşahidə Missiyasının rəhbər şəxsləri iştirak ediblər.
Basta2