Özümə su süzməyim attraksion kimi idi
Rusiya müxalifətinin lideri Navalnı xəstəxanadan status yazdı:
“Gəlin sizə özümə necə gəldiyim haqda danışım. Bu nə qədər uzun olsa da, artıq aydın yoldur.
Əlimdəki telefonun bir daş kimi yararsız olması və özümə su süzməyim attraksion kimi idi.
İzah edirəm. Bu yaxınlara qədər insanları tanımırdım və necə danışacağımı başa düşmürdim. Hər səhər həkim yanıma gəlir və deyirdi: Aleksey, bir lövhə gətirdim, gəlin üstündə hansı söz yazacağımızı müəyyənləşdirək. Bu məni ümidsizliyə sövq edirdi, çünki ümumiyyətlə, həkimin nə istədiyini başa düşmürdüm, yazmaq istədiyi sözləri haradan alacağımı da anlamırdım. Söz insan beyninə necə gəlir? Bir sözü necə tapmaq olar və necə etmək olar ki, o söz nə isə məna kəsb etsin? Bütün bunlar qətiliklə anlaşılmaz idi. Ancaq mən də ümidsizliyimi necə ifadə edəcəyimi bilmirdim və buna görə də susurdum.
Bu təsvir etdiklərim özüm xatırladığım ən son mərhələdir.”
Xatırladaq ki, Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri Aleksey Navalnı Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı özünü pis hiss edib, təyyarə Omska təcili eniş edib. Bundan sonra, o, müalicə üçün Berlinə aparılıb. Həkimlər müxalifətçinin qanında çox təhlükəli “Noviçok” tipli zəhər tapıldığını bildiriblər.
Aleksey Navalnı Rusiya prezidenti Putinin çox sərt tənqidçisi kimi tanınır.
Heybət Əmrah,
Basta2.com