Sülh sazişi ən qısa zamanda imzalana bilər
Cümə günü axşam Azərbaycan Xarici İşlər Nazirliyi İstanbulda keçirilən görüşün yekunlarına dair qısa məlumat yayıb.
«18 oktyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında İstanbulda “3+3” regional məşvərət platforması çərçivəsində görüş keçirilib. Tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdirib, ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər», – məlumatda deyilir.
* * *
İstanbulda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib
Cümə günü İstanbulda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xaeici işləziri Ararat Mirzoyan arasında görüş keçirilib. Türkiyə mətbuatı xəbər verir ki, görüş bir saat davam edib. Görüşdən sonra heç bir açıqlama verilməyib.
Nazirlər oktyabrın 18-də başa çatan “3+3” regional əməkdaşlıq platformasının iclasında iştirak etmək üçün Türkiyədədirlər.
Görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, görüş zamanı Rusiya, İran və Türkiyə Ermənistan və Azərbaycana sülh müqaviləsi üzərində işi başa çatdırmaq üçün “3+3” platformasından istifadə etməyi təklif ediblər.