AXCP fəalına 20 sutka həbs cəzası verilib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Suraxanı rayon şöbəsinin fəalı Tehran Abdullayev oktyabrın 15-də saxlanılıb.
Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, Tehran Abdullayev oktyabrın 15-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbsə məhkum edilib.
“Hələ Tehran Abdullayevlə görüşə bilməmişəm. Güman edirəm ki, onunla oktyabrın 21-də görüşəcəm. Bu səbəbdən həbsinin dəqiq səbəblləri ilə bağlı hələ bir söz deyə bilmirəm. Güman edirəm ki, o siyasi fəaliyyətinə görə polisin qanuni tələbinə tabe olmamaqda ittiham edilir”, vəkil qeyd edib.
Bununla yanaşı, Daxili İşlər Nazirliyi fəalın taleyi ilə bağlı Turanın sorğusuna hələ cavab verməyib.